19 C
Baku
Thursday, April 25, 2024

Aktivlərin həcminə görə bankların reytinqi

Bu dəfə sizə bankların aktivlərinin həcminə görə mövcud sıralamanı təqdim etmək istərdik. Reytinq bankların rüblük və ya yarım illik maliyyə hesabatlarındakı rəqəmlər əsasında tərtib olunmuşdur.

Cədvəldə bankların aktivləri milli valyutada, Azərbaycan manatı ilə verilmişdir. Həmçinin bəzi bankların maliyyə hesabatlarında xarici valyutada olan aktivlərin həcmi göstərildiyi uçsun onları da cədvəldə qeyd etməyi vacib bildik. “Bank Standard”-da rüblük hesabatlar açıqlanmadığı üçün 2012-ci ilin 31-dekabrına olan rəqəmə istinad etməli olduq. Lakin buna rəğmən bank reytinqdə 4-cü pillədə qərar almışdır. Cari il ərzində isə bankın daha da irəlilədiyini güman etmək olar. İlk üç pillədə isə Beynəlxalq Bank, Xalq bank və Kapital Bank yer tutmuşdur.

Lakin reytinqlə tam tanışlıqdan öncə qısaca aktivlərin nədən ibarət olmasına nəzər salaq.  Aktivlər əsasən bankların balansı hesabatında yer alır.

Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Hər hansı bir bankın aktivləri sırasında yer ala bilər:
–    Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
–    İnvestisiya və ya ticarət üçün qiymətli kağızlar
–    Müştərilərə verilmiş kreditlər,
–    Banklara, dövlətə və ya digər orqanlara verilmiş kreditlər
–    İnvestisiya əmlakı
–    Əmlak və avadanlıqlar
–    Qeyri maddi aktivlər (müxtəlif proqram təminatları və s)

Sıra

Banklar

Aktivlər

Tarix

1

Beynəlxalq Bank

6,951,826 000

31 dekabr 2013

2

Xalq Bank

1,276,920,390

1 Iyul 2013

3

Kapital Bank

1,005,498,000

30 Sentyabr 2013

4

Bank Standard

799,353,290

31 Dekabr 2012

5

AccessBank

773 554 683

31 Yanvar 2014

6

Paşa Bank

686,052,260

30 Sentyabr 2013

7

Unibank

683,031,430

30 Sentyabr 2013

8

Bank of Baku

604,334,000

1 Iyul 2013

9

Bank Technique

448,235,000

1 Iyul 2013

10

Bank Respublika

471 249 782

31 Yanvar 2014

11

AG Bank

435,295,215

30 Sentyabr 2013

12

Bank of Azerbaijan

387,126,921

30 Sentyabr 2013

13

Dəmir Bank

68 784 304

31 Yanvar 2014

14

Muğan Bank

319,120,460

30 Sentyabr 2013

15

ASB Bank

312,170,654

30 Sentyabr 2013

16

Ata Bank

303,500,200

30 İyun 2013

17

Yapı Kredi

294,791,810

30 Sentyabr 2013

18

Ekspress Bank

256,211,060

30 İyun 2013

19

Zamin Bank

249,348,858

1 Iyul 2013

20

Nikoil Bank

243,864,000

1 Oktyabr 2013

21

Turan Bank

242,418,160

30 Sentyabr 2013

22

AFB Bank

222,639,153

30 İyun 2013

23

Rabitə Bank

215,850,000

30 İyun 2013

24

Bank Silk Way

178,042,210

1 Iyul 2013

25

VTB Bank

166,387,920

1 iyul 2013

26

Qafqaz İnkişaf Bankı

124,605,900

30 Sentyabr 2013

27

KredoBank

115,780,120

30 İyun 2013

28

Amrah Bank

109,917,300

30 İyun 2013

29

Bank BTB

107,853,420

30 İyun 2013

30

Para Bank

119 528 393

31 Yanvar 2014

31

Azər Türk bank

96,746,258

1 Oktyabr 2013

32

NBC Bank

94,916,000

30 Sentyabr 2013

33

Gəncə bank

72,372,982

30 İyun 2013

34

Bank Avrasiya

71,855,310

1 Iyul 2013

35

Bank Milli İran

69,738,932

30 Sentyabr 2013

36

United Credit Bank

69,343,370

1 Iyul 2013

37

Deka Bank

62,694,550

1 Iyul 2013

38

Atra Bank

58,396,960

28 Iyun 2013

39

Azər Kredit Bank

21,263,590

1 Iyul 2013

40

Günay Bank

41

Naxçıvan Bank

42

EuroBank

Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur:
(a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər;
(b) ticarət investisiyaları – “törəmə” və ya birgə kompaniyalara investisiyalar;
(c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;
(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı,müsbət reputasiya), patentlər və s. Aktivlər və passivlər

Aktivlər və passivlər (assets and liabilities) aktivlər keçmiş hadisələr nəticəsində obyekt tərəfindən idarə olunan elə resurslardır ki, bunlardan gələcək iqtisadi effekt və xidmət potensialının obyektə axması gözlənilir. Passivlər keçmiş hadisələrin nəticəsi olan obyektin mövcud olan öhdəçilikləridir

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər