9 C
Baku
Friday, December 13, 2024

“Alibaba”ya qarşı başlanılan antiinhisarçı araşdırma fonunda “Softbank” $22 mlrd. itirib

Antiinhisarçı araşdırmanın başlaması səbəbindən “Alibaba” səhmlərinin kəskin ucuzlaşması (13.3%, 222 dollara) xəbəri ən çox Yaponiyanın “SoftBank” şirkətinə təsir edib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

“SoftBank”ın qurucusu Misayosi Son 2000-ci ildə Cek Manın yeni formalaşan elektron ticarət şirkətinə 20 milyon dollar sərmayə qoyub. Hal-hazırda “SoftBank” “Alibaba”da təxminən 143 milyard dollar dəyərində 24.9% paya sahibdir ki, bu da şirkətin bazar kapitallaşmasından 135 milyard dollar çoxdur.

“Alibaba” səhmlərinin ucuzlaşması “SoftBank”ın şirkətdəki payının dəyərini 22 milyard dollardan çox endirib. Budan əlavə, “SoftBank”ın öz səhmləri də 4.6% ucuzlaşaraq 37.25 dollar səviyyəsinə çatıb.

“Forbes Real-Time” reytinqinin məlumatına görə, Cek Manın sərvəti təxminən 3.6 milyard dollar azalıb. Xatırladaq ki, 24 dekabrda Çin hökuməti “Alibaba”ya qarşı antiinhisarçı araşdırmaya başladığını elan etmişdir.

Son xəbərlər
Digər xəbərlər