8 C
Baku
Friday, December 13, 2024

Almaniya Rusiyadan qaz tədarükünə embarqo qoyulmasını istisna edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyadan qaz idxalının dayandırılmasını istisna edib. O qeyd edib ki, əgər embarqo Ukraynada hərbi əməliyyatları dayandırmağa kömək etsəydi, hakimiyyət bunu dərhal tətbiq edərdi.

Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, yaxın günlərdə Brüsseldə Rusiya enerji daşıyıcılarından imtina məsələsi müzakirə olunacaq. Bütövlükdə Avropa İttifaqı Rusiyadan qaz tədarükündən asılılığı azaltmağa çalışır.

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Buçadakı hadisələrin videosunun dərcindən sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. İddialara görə, videoda Rusiya hərbçilərinin şəhərdə dinc sakinlərə qarşı cinayətləri göstərilir.

Martın 31-i Rusiya Prezidenti Vladimir Putin Rusiya boru kəməri ilə qaz nəqli üçün ödənişlərin dost olmayan ölkələrə xarici valyutadan rubla keçməsi haqqında fərman imzalayıb. Dost olmayan ölkələr sırasına Ukraynada hərbi əməliyyat başlayandan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edən dövlətlə daxil olub.

Son xəbərlər
Digər xəbərlər