Almaniyada hakim koalisiyadan olan deputatlar yekdilliklə Ukraynaya “Leopard 2” tanklarının verilməsinin əleyhinə çıxıblar.
Bu barədə Bild nəşri məlumat yayıb.
Qəzetə müsahibəsində Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib ki, şəxsi heyətin bu tankdan istifadəyə hazırlanması uzun vaxt tələb edir. Əks halda tankların verilməsi müharibənin gedişatına ciddi təsir etməyəcək.