2 C
Baku
Saturday, December 14, 2024

Almaniya Ukraynaya müdafiə sistemləri göndərir

Almaniya Ukraynaya IRIS-T SLM adlı orta mənzilli hava hücumundan müdafiə sistemləri göndərməyi düşünür.

Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Almaniyanın “Bild” qəzeti isə bildirib ki, Nazirlər Kabinetinin təhlükəsizlik şurası məsələni müzakirə edir. Nəşrin məlumatına görə, Almaniyanın “Diehl Defence” şirkəti tərəfindən hazırlanan IRIS-T SLM sistemləri noyabr ayından Ukraynada yerləşdirilə bilər.

“Bild”in məlumatına görə, Ukrayna yaxın 3-4 il ərzində istehsal oluna biləcək 10 IRIS-T SLM sistemi almaqda maraqlıdır. Qəzet bildirib ki, sistem 40 kilometr məsafədən döyüş təyyarələrini, helikopterləri və ya raketləri vura bilir.

Qeyd edək ki, Almaniya keçən həftə Ukraynaya 7 özüyeriyən artilleriya qurğusu göndərəcəyini açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər