1 C
Baku
Saturday, December 14, 2024

Almaniya Ukraynaya yardım üçün 14 mlrd. avro xərcləyib

Almaniya kansleri Olaf Şolts 2022-ci ildə Ukraynaya yardım üçün 14 milyard avro ayırdığını bildirib. Onun sözlərinə görə, bu, Almaniyanı kontinental Avropada Kiyevə ən böyük yardım donoru edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Biz Ukraynanı silah və lazımi maliyyə yardımı ilə təmin edirik. Almaniya kontinental Avropada Ukraynaya ən böyük donor olub. Bu və ya digər şəkildə biz keçən il Ukraynaya 14 milyard avro yardım etdik”, – deyə cənab Şolts söyləyib.

Almaniya hakimiyyəti Ukraynaya 14 Leopard 2 tankının tədarük edildiyini açıqlayıb, həmçinin yanvarın 25-də onların başqa ölkələrə təkrar ixracına icazə verib.

Son xəbərlər
Digər xəbərlər