Amazon şirkəti məşhur internet mağazasında alış-veriş edilməsi üçün nəzərdə tutulan Spark sosial şəbəkəsini istifadəyə verib.
NRYTN-in elektron xəbər xidmətinə istinadən, şəbəkədən iOS əməliyyat sistemli qurğular üçün yenilənmiş Amazon proqramından istifadə etmək mümkündür.
Amazon mağazasında qeydiyyatdan keçən istifadəçilər bir-biri ilə məhsulların təsvirlərini, onlara verilən rəyləri bölüşə, alışı müzakirə və müqayisə edə biləcəklər.
Şirkətin saytında qeyd olunur ki, Amazon Spark əşyaları və sizin maraqları bölüşən insanları tapmağa imkan verən məkandır.
Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün Amazon Spark əlavəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.