23 C
Baku
Friday, April 26, 2024

Amazondan “Üzüklərin hökmdarı” tarixdə ən bahalı serial olacaq

Amazon və Warner Bros. şirkətlərinin birgə “Üzüklərin hökmdarı” fentezi romanı əsasında yaradılan serialın çəkilişləri hələ başlamayıb, lakin artıq ən azı beş mövsümün olacağı elan olunub. Serialın istehsalı üçün ən azı 1 milyard dollar sərf olunacağı planlaşdırılır. İndi ən bahalı serial Amazonun rəqibi Netflix-in “The Crown” (Tac) serialıdır. 10 seriyanın çəkilişinə təxminən 150 milyon dollar xərclənib.

Amazon 2017-ci ilin noyabr ayında Netflix-i qabaqlayaraq Con Tolkienin (John Tolkien) romanlarını ekranlaşdırmaq hüququnu əldə etdi. Anlaşmanın məbləği açıqlanmır; The Telegraph onu təxminən 250 milyon dollara qiymətləndirib.

Müqavilənin şərtlərinə əsasən, Amazon şounun hazırlanmasına müqavilə imzalandığı andan iki il ərzində başlamalı və beş il ərzində çəkilişləri tamamlamalıdır. Müqayisə üçün: rejissor Piter Ceksonun (Peter Jackson) “Üzüklərin hökmdarı” trilogiyasının bir filminin çəkilişi 400 gündən çox çəkmiş və orta hesabla 281 milyon dollara başa gəlmişdi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər