Azərbaycanda istehlak kreditlərinin 2021-ci ilin ikinci rübün sonuna olan göstəriciləri açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla bildirir ki, 2021-ci ilin 1 iyul tarixinə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin illik faiz dərəcəsi 23%-dən 21%-ə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərdə 23%-dən 22%-ə və digər istehlak kreditlərində isə 23%-dən 20%-ə qədər düşmüşdür.
Kredit kartı vasitəsilə verilən kreditlər 23%-də, avtokreditlər isə 19%-də sabit qalmışdır.