10 C
Baku
Friday, December 13, 2024

AMB bildirir ki, kredit aktivliyi bərpa olunmayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda yüksək likvidlik şəraitində sterilizasiya alətlərinə daha yüksək tələbatın olduğunu qeyd edir.

“Bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olunub”, – AMB-nin məlumatında deyilir.

Bank qeyd edir ki, dövr ərzində monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.

“2017-ci ilin əvvəlindən pul bazası 6%-dən çox artıb”, – məlumatda vurğulanır.

Qiymətləndirmələrə görə, Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

Bununla yanaşı, bank qeyd edeir ki, kredit aktivliyi bərpa olunmayıb.

Son xəbərlər
Digər xəbərlər