12 C
Baku
Wednesday, December 11, 2024

AMB: son ayda manatın real məzənnəsi dollar və avroya qarşı möhkəmlənib

Azərbaycan manatının məzənnəsi əksər Qərb valyutalra qarşı bahalaşıb, lakin ümumilikdə ümumi sektor üzrə zəifləyib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının aprel üçün açıqlamasına istinad edir.

Qeyd edək ki, ticarət tərəfdaşının real məzənnəsinin indeksi müvafiq məzənnənin orta aylıq dəyişimi ilə iki ölkə arasında olan inflyasiya nisbətinin hasili əsasında hesablanır. İki ölkə dedikdə Azərbaycan və müvafiq ticarət tərəfdaşı nəzərdə tutulur. Real məzənnə 2000-ci ilin dekabrından 100 bənd olaraq götürülüb. Həmin rəqmdən u tərəfə artma və azalma onların məzənnəsindəki manata qarşı bahalaşma və ucuzlaşmanı ifadə edir.

ABŞ dollarının real məzənnəsi manata qarşı mart ayında 131.8 bənd təşkil etdiyi halda, aprel ayına 131.6 bəndə, avro 122.6 bənddən 119.1 bəndə, ingilis funt-sterlinqi 164.8 bənddən 159 bəndə, Türk lirəsi 212.8 bənddən 212.3 bəndə, gürcü larisi 97.0 bənddən bəndə 95.6 bəndə, İran realı 15.7 bənddən 15.2 bəndə, yapon yeni 245.0 bənddən 242.6 bəndə, İsveçrə frankı 88.2 bənddən 85.8 bəndə düşüb.

Rus rublu 87.6 bənddən 93.2 bəndə, Qazaxəstan təngəsi 113.0 bənddən 113.1 bəndə və Çin yuanı 120.4 bənddən 120.8 bəndə qalxıb.

ABŞ dolları ilə manat arasındakı məzənnə həmin tarixdə dəyişməz qalaraq 1.7000 təşkil etdi. ABŞ-də aprel ayı üzrə inflyasiya 5% olarkən bu rəqəm Azərbaycana 13.5% təşkil etmişdi.

AMB-nin digər açıqlamasında manatın real effektiv məzənnəsi indeksi isə 123.7 bənddən 121.8 bəndə düşüb.

 

 

Son xəbərlər
Digər xəbərlər