2015-ci ildə Mərkəzi Bank “TuranBank” ASC-yə 45 mln. manat həcmində təkrarmaliyyələşdirmə krediti ayırıb.
Banker.az APA-ya istinadən xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir.
Bildirilir ki, sözügedən kredit banka illik 3,6%-lə verilib. Bunun əvəzində “TuranBank”ın Mərkəzi Bankda olan nostro hesabındakı 47,6 mln. dollar (74,227 mln. manat) həcmində vəsaiti bloklaşdırılıb.
Qeyd edək ki, bank 2016-2018-ci illər ərzində bu krediti Mərkəzi Banka qaytarmalıdır