13 C
Baku
Wednesday, May 8, 2024

Amerikanın neft emalı müəssisələri ili gözlənildiyindən yaxşı başa vurub

“Reuters”in hesablamalarına görə, ABŞ-ın aparıcı müstəqil neft emalı müəssisələri ötən ili analitiklərin proqnozlarından daha yaxşı başa vurub və tələbin yalnız bu il artacağını gözləyirlər.

“Marathon Petroleum”, “Phillips 66” və “Valero Energy” 2023-cü ildə 25.7 milyard dollar ümumi mənfəət əldə ediblər ki, bu da 2022-ci ildəkindən (33.9 milyard dollar) aşağıdır, lakin müharibə ilə əlaqədar enerji bazarında qarışıqlıq gözlənilən “Wall Street” analitiklərinin proqnozlarını üstələyib. Nəticədə, bu şirkətlərin səhmləri artıq ilin əvvəlindən 8-11% artaraq S&P 500 indeksinə daxil olan enerji ehtiyatlarının orta göstəricilərini üstələyib.

“İnvestorlar neft emalı sektorundakı vəziyyətə müsbət reaksiya verirlər, xüsusən də benzinə olan mövcud tələbatı nəzərə alsaq”, – “Tudor, Pickering, Holt & Co” şirkətinin analitiki Metyu Bler söyləyib. 2023-cü ildə benzinə qlobal tələb artımı 3%, distillələrə – 2% təşkil edib. 2024-cü ildə “Phillips 66″nın icraçı vitse-prezidenti Brayan Mandell qlobal benzin tələbinin daha 1%, distillələrin isə 0.5% artacağını gözləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər