25 C
Baku
Friday, April 19, 2024

“Apple” qeyri-adi kameralara malik qatlanan “iPhone” hazırlayacaq

“Apple” korporasiyası elastik korpusa malik smartfonun üzərində işləyir. ABŞ şirkətinin yeni patenti haqqında “PatentlyApple” nəşri məlumat verib.

Patentdə panorama görüntüsü əldə etmək üçün bir neçə kameradan istifadə haqqında məlumat verilir. Fotosensorlar elastik korpusa birləşdiriləcək ki, bu da sensorlar üçün müxtəlif baxış bucağını təmin edəcək. Sözügedən qurğu, həmçinin qatlanan ekrana malik olacaq.

“Apple”ın istehsalı olan ilk elastik smartfonun təqdimetmə tarixi açıqlanmır, sadəcə, patent bu texnologiyaya işarə edir. Çox güman ki yaxın gələcəkdə qatlanan “iPhone” cihazı təqdim ediləcək.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər