1 C
Baku
Saturday, December 14, 2024

“Apple”ın rəhbəri 2020-ci ildə uğurlu idarəçiliyə görə 10.7 milyon dollar mükafat alıb

“Apple”ın rəhbəri Tim Kuk 2020-ci ildə uğurlu idarəçiliyə görə 10.7 milyon dollar mükafat alıb.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir, bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının saytında yerləşdirilən açıqlamasında deyilir. Bu, 2019-cu illə müqayisədə 40% çoxdur.

Xatırladaq ki, keçən il Tim Kuk cəmi 7.7 milyon dollar qazanıb və buna təsir göstərən əsas hadisələrdən biri iPhone satışlarının əhəmiyyətli dərəcədə aşağı düşməsi olub. Kukun 2019-cu ilki gəliri 2018-ci illə müqayisədə 36% aşağı düşüb.

Ümumilikdə, 2020-ci ildə pandemiyaya baxmayaraq, “Apple”ın mənfəəti noutbuk və planşet satışı sayəsində 3.9% çox olub. Nəticədə, şirkətin səhmləri 80%-dən çox bahalaşıb, kapitallaşması isə 2 trilyon dolları ötüb keçib.

Həmin ildə Tim Kuk 281.9 milyon dollar dəyərində olan səhm paketini qazanıb. Bu paket 2011-ci ildə qəbul edilmiş uzunmüddətli motivasiya proqramının bir hissəsidir. 2020-ci ilin sentyabrında baş direktora daha bir motivasiya paketi təqdim edilib: Kuk 2023-2025-ci illərdə şirkətə rəhbərlik etdiyi təqdirdə, daha çox səhm qazanacaq.

Qeyd edək ki, 2020-ci ildə “Apple” baş direktorun təhlükəsizliyinə 470 246 dollar, aviauçuşlarına isə 432 564 dollar vəsait xərcləyib.

Son xəbərlər
Digər xəbərlər