13 C
Baku
Wednesday, May 8, 2024

AQTA “Qədir Xum” restoranında nöqsanlar aşkarladı – Tam Siyahı

28 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 “Masazır” market Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
2 “Dəniz” market Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3 “Bolluq” market Xaçmaz rayonu, Xudat şəhəri 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
4 “Adəm” market İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Vüsal” market Masallı rayonu, Şərəfə kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 İmanov İmran Nəzər oğluna məxsus mağaza Masallı rayonu, Şərəfə kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Xəyal” market Masallı rayonu, Bala Təklə kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 Qurbanov Məhəmməd Güləli oğluna məxsus market Masallı şəhəri, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 “Tahir” market Qəbələ rayonu, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
10 “Çətir” restoranı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Qədir Xum” restoranı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12 Yusibov Səxavət Gəray oğluna məxsus çay evi Bərdə rayonu, 866 saylı qəsəbə Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
13 Hüseynov Zabil Zakir oğluna məxsus çay evi Bərdə rayonu, 866 saylı qəsəbə Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
14 Aslanov İsaxan Təbriz oğluna məxsus çay evi Bərdə rayonu, 866 saylı qəsəbə Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
15 “Halal Dönər” dönər evi Gəncə şəhəri, Təbriz küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
16 “Dost Qapısı” restoranı Gəncə şəhəri, Ü.Hacıbəyli və S.Şirazi küçələrinin kəsişməsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
17 “Polad” kafesi Gəncə şəhəri, P.Səmədov və H.Əliyev küçələrinin kəsişməsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
18 “Kübar” restoranı Gəncə şəhəri, Gülüstan qəsəbəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
19 “Elmir” şadlıq sarayı Şəmkir rayonu, Keçili kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
 ⁠
Digər xəbərlər