-1 C
Baku
Sunday, December 15, 2024

ARDNF noyabrda banklara $410.4 mln. satıb

Bu gün 2022-ci ilin Dövlət Neft Fondu tərəfindən noyabr ayı üzrə də sonuncu valyuta hərracı keçirildi və sonuncu hərracda 63.5 mln. dollar satıldı.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.

Beləliklə, 2022-ci ilin noyabr ayında 8 valyuta hərracı keçirilib və 410.4 mln. ABŞ dolları satılıb. Bu öncəki ayla müqayisədə 27% yuxarı göstəricidir, amma yerli banklar avqust ($440.6 mln.) və sentyabrda ($426.7 mln.) satmışdılar.

Beləliklə, 2022-ci ilin ilk 11 ayında ARDNF Azərbaycan banklarına $4 mlrd. 551.8 mln. valyuta satıb. Bu da 2021-ci ilin eyni dövründən 296.3 mln, yaxud 6.1% azdır.

Valyuta satışları ilin ilk 11 ayında:

2020 – $6,170.41 mln.

2021 – $4,848.12 mln.

2022 – $4,551.80 mln.

32323132

Son xəbərlər
Digər xəbərlər