Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri çərşənbə axşamı milliyətcə yunan olan Despina Tsovilisi təşkilatın baş katibi seçib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Səsvermə elektron formada aparılıb və deputatların 96 faizindən çoxu iştirak edib.
Bu seçimi özü üçün böyük şərəf hesab edən Tsovilis bildirib ki, vəzifəni yerinə yetirməyə hazırdır.
Yeni rəhbər səlahiyyətlərinə bu il martın 1-də başlayacaq və beş il davam edəcək.
Qeyd edək ki, Despina Tsovilis AŞPA-nın 72 illik tarixində bu vəzifəyə seçilən ilk qadındır.