10 C
Baku
Thursday, December 12, 2024

Atamın ən böyük hədiyyəsi: çox tərəfli həqiqətlər

Mənbə: Harvard Business review

Mən bir qrup icraçı direktor ilə oturub sosial texnologiyaların üstünlüklərini müzakirə edirdim. Qrup üzvlərindən biri cəld şəkildə, onun qavramasına görə ən çox narahatlıq törədən amil kimi bunu qeyd etdi:

həddən artıq informasiya və həddən artıq mənbələr. Bütün bunlar bəzən informasiyanın dərk edilməsini qeyri mümkün həddə çatdırır, belə ki, hansı mənbəyə etibar edəcəyini və ya hansı informasiyaya inanmalı olduğunu bilmirsən.
Mən nəzakətlə bildirdim ki, onun bu sualının mahiyyəti belə, özlüyündə böyük mühakimə kəsb edir. 

 Cavan nəslin nümayəndələri yalnız bir düzgün cavabın mümkünlüyü və yeganə mötəbər mənbənin olması ideyasına çox çətinliklə inanırlar. Onların internetdə axtarış etmək təcrübəsi eyni bir situasiyanın müxtəlif müxbirlər tərəfindən fərqli şəkildə, lakin məlumatın düzgünlüyünə xələl gətirmədən şərh edilməsi və yozulması haqqında təsəvvürlərini yaşlı nəslə nisbətən daha yaxşı edir.

 Öz qüvvələrinə inanan, seçim və alternativlərə üstünlük verən X nəsli həmçinin çox tərəfli perspektivlərin olmasını da rahat qavraya bilir. Bir müddət bundan öncə mənim daimi  oxucularımdan biri, mənə xüsusi hazırlanmış bir vebsayt təqdim etdi ki, həmin saytın vasitəsi ilə bütün dünya üzrə xəbər agentliklərinin (mənbələrinin) eyni bir hadisəni necə təsvir etmələrini müqayisə edərək tutuşdurmağa olar. Mondokio – italiyan dilində dünya gözü anlamını verir -sizə vacib xəbər hadisələrinin yerli bazarlarda yayılma səviyyəsini izləməyə imkan verir, bunu üçün sadəcə qlobal xəritə üzərində düyməni sıxmaq kifayətdir.

 Hələ balaca qız ikən atam ilə birlikdə keçirdiyim günlərin yaddaşımda qalan ən canlı xatirələrindən biri birlikdə axşam xəbərlərinə baxmaqla keçən saatlardır. Hər gecə Uolter Kronkayt öz verilişini “Bunun yollu belədir” ifadəsi ilə bitirdikdə, atam həmişə bu sualı soruşardı: Necə fikirləşirsən, başqa oğlanların bu məsələdəki mövqeləri (nəzər nöqtələri) necədir? Gecədən gecəyə o, mənə digər variantların mümkün olması fikrini aşılayır, bəlkə də verə biləcəyi ən böyük hədiyyəni edirdi.

Heç bir hesabat mütləq həqiqəti əks etdirmir.

 Bütün məruzələr öz təyinatlarına görə hadisənin yenidən nəqli və məsələnin həllini göstərəcək  faktların bilərəkdən, məqsədli şəkildə toplanması, əlavə və əhəmiyyətsiz hesab edilən faktların ixtisarı fəaliyyətindən ibarətdir. Əksər hallarda mən məruzə yazarkən müəllifin səmimi qəlbdən daha düzgün hesabat hazırlamaq niyyəti olduğuna inanıram, lakin bu zaman materiallar müxbir yanaşması ilə, hədəf auditoriyaya nəyin daha maraqlı, vacib və aydın olması baxımından seçilir.

Əsl həqiqət anlayışına susamış insanlar isə mən, öz atamın qızı kimi onu deyərdim ki, əlli il bundan əvvəl insanları əhatə edən informasiya mühiti daha mürəkkəb və təhlükəli olub. Daha az informasiya mənbələrin olduğu bir şəraitdə natiqin perspektivlərini başa düşmək də çətin olurdu. Və təəccüblü deyil ki, həmin zamanlar yeganə bir məruzənin bütün həqiqəti əks etdirməsinə inam tendensiyası böyük idi. Mən bugünkü informasiya bolluğuna görə yaşanan çaşqınlığın, dünənin yeganə bir informasiyanın mötəbərliyi ideyasından daha az təhlükə doğurduğunu hesab edirəm.

Bu gün aydındır ki, bəzilərinə dəhşətli görsənsə də həqiqətin çox tərəfli perspektivləri və variantları mövcuddur, onları araşdırmaq və ağıllı nəticə çıxartmaq isə bizim öhdəmizə düşür.

Son xəbərlər
Digər xəbərlər