16 C
Baku
Friday, April 19, 2024

“AtaSığorta”da yeni təyinat

“AtaSığorta” ASC komandasını peşəkar kadrlarla gücləndirməkdə davam edir. Ölkənin bank sektorunda tanınan sima Anar Bayramov “AtaSığorta” ASC-nin Təftiş Komissiyasının Sədri seçilib.

Banker.az bu barədə “AtaSığorta” ASC-yə istinadən xəbər verir.

Anar Bayramov 2002-2006-ci illərdə Kapital Audit LTD, 2006-2008-ci illərdə AccessBank-da Daxili Auditor, 2008-2017-ci illərdə Yapı Kredi Bank Azərbaycanda müxtəlif rəhbər vəzifələrdə, 2017-2020-ci illərdə “AFB Bank” ASC-də Baş Direktor vəzifəsində,  2020-ci ilin fevral ayından “İnvest Finance” MMC-ni təsis edərək, Təsisçi – Direktor – Auditor kimi çalışmışdır. 

Anar Bayramov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi üzrə Bakalavr Dərəcəsi, 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə Magistr (MBA) dərəcəsi və 2008-ci ildə həmin Universitetdə Audit ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Audit üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. 2015-ci ildən başlayaraq elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər