24 C
Baku
Thursday, April 18, 2024

Avropa Birliyi qazın bahalaşmasının səbəblərini araşdıracaq

Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstan Avropada qazın bahalaşmasının səbəblərini araşdıracaqlar. Banker.az xəbər verir ki, bu barədə beş ölkənin birgə bəyanatında deyilir.

Müəlliflər açıqlamalarında “Avropa qaz bazarının işləməsi” ilə bağlı araşdırma aparılmasını tələb ediblər. Onlar “mövcud qaz müqavilələrinin yetərli olmamasının” səbəblərini öyrənmək istəyirlər.

Qiymət artımının sabitləşməsi üçün beş ölkə qaz ehtiyatlarına dair yeni qaydalar yaratmağı və bu sahədə koordinasiyanı yaxşılaşdırmağı təklif edib. Bəyənat adı çəkilən ölkələrin qitisadiyyat və maliyyə nazirləri tərəfindən imzalanıb.

Xatırladaq ki, oktyabrın 5-i Avropada qaz fyuçersləri 20%-dən çox artıb. Hazırda qiymət min kubmetrə görə 1400 dollardan yüksəkdir. Ekspertlərə görə, artım qismən maliyyə bazarı texnikasından qaynaqlana bilər.

Son xəbərlər
Digər xəbərlər