2 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı “Booking” şirkətini xüsusi nəzarət altında olan şirkətlərin siyahısına daxil edib

Avropa Komissiyası hesab edir ki, “Booking” onlayn turizm agentliyi İnternetdə əsas xidmətlərin “qapı gözətçiləri” (gatekeepers) funksiyasını yerinə yetirən böyük rəqəmsal platformalardan biri hesab edilməlidir. Buna görə də, ABŞ-ın “Booking” şirkəti altı ay ərzində yeni Rəqəmsal bazarlar haqqında Qanunda (DMA) nəzərdə tutulmuş öhdəliklərə tabe olmalıdır. Həmin öhdəliklər isə daha sərt antiinhisar tədbirlərini nəzərdə tutur.

Bu qərar ötən ilin mart ayında başlayan yoxlama prosesinin nəticəsidir.

Qərara görə, istirahət edənlər “daha çox seçimdən istifadə edəcəklər, otellər isə biznes üçün daha çox imkanlar qazanacaqlar”, – deyə Avropa Komissiyasının icraçı vitse-prezidenti Margrete Vestager bildirib.

Qiymətləndirmələrə əsasən, “Booking” 60 faizdən çox bazar payı ilə onlayn otel bronlaşdırma seqmentində dominant oyunçudur.

Aİ tərəfindən “qapı gözətçiləri” kimi müəyyən edilmiş şirkətlər istifadəçilərinin məlumatlarını qorumaq, mümkün riskləri araşdırmaq və reklamla bağlı şəffaflıq tədbirlərini həyata keçirmək üçün sübut təqdim etməlidirlər. İttifaqın bir şirkəti “qapı gözətçisi” kimi təyin etməsi üçün firmanın blokda aylıq 45 milyondan çox aktiv istifadəçisi və 10 mindən çox aktiv qeydiyyatdan keçmiş biznes istifadəçisi olmalıdır.

Rəqəmsal bazarlar haqqında Qanun (DMA) böyük texnoloji şirkətlərin bazardakı hökmranlığına qarşı yönəlmiş ən sərt normativ aktlarından biridir, məzmun moderasiyası üzrə onların üzərinə daha sərt öhdəliklər qoyur, ədalətli rəqabəti təmin edir və istehlakçıların xidmətlər arasında keçidi asanlaşdırır. “Qapı gözətçisi” anlayışının əhatə etdiyi xidmətlər DMA tələblərinə uyğun

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər