15 C
Baku
Friday, March 29, 2024

Avropa Komissiyası​: Brexit Aİ-nın büdcəsinə təsir etməyəcək

Banker.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması 2018-ci il ərzində Aİ-nın büdcəsinə təsir etməyəcək. Çünki ölkə hələ 2018-ci il ərzində Aİ-nın tam hüquqlu üzvü hesab olunacaq.

Aİ-nın 2018-ci il üzrə təxmin edilən büdcəsi öhdəliklərdə 160,6 milyard avro, ödənişlərdə isə 145,4 milyard avro təşkil edir ki, bu da 2017-ci il ilə müqayisədə 1,4 və 8,1% çoxdur.

Aİ-nın 2018-ci il üzrə büdcəsi nəzərdən keçirilməsi üçün Avropa Parlamentinə və Avropa Şurasına göndəriləcək. Onlar isə öz növbəsində birlikdə son qərar verməlidirlər.

 

Son xəbərlər
Digər xəbərlər