9 C
Baku
Friday, December 13, 2024

Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz nisbətlərində dəyişikliyə getmədi. 

Banker.az xəbər verir ki, depozit faizi mənfi 0.5%-də, pul siyasəti faizi 0%-də, gecəlik maliyyələşmə faizi 0.25%-də saxlanılıb.

Mərkəz Bank açıqlamasında qeyd edib ki, inflyasiya hədəfə (2%) çata qədər faiz nisbətləri bu səviyyələrdə və ya daha aşağı səviyyələrdə qalacaq. 
 
Bank sentyabr ayında depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirmiş, istiqraz alışına yenidən başlayacağını açıqlamışdı. 

Avropa Mərkəzi Bankının sədri Mario Draghi, bankın Oktyabr iclasının ardından Frankfurtda AMB Sədri kimi sonuncu dəfə mətbuat konfransını keçirib.

Aşağı istiqamətli risklərin qabarıq və inflyasiyanın “cansız” olduğunu bildirən Draghi, uzun bir müddət əhəmiyyətli dərəcədə ekspansionist siyasət lazım olacağını söyləyib. Draghi, iqtisadi mənzərəyə qarşı risklərin qalmaqda davam etdiyini bildirib. 

Draghi, AMB-nin ehtiyac halında bütün vasitələrdən istifadə etməyə hazır olduğunu deyib.

Əvvəlki Avropa Mərkəzi Bankı sədrlərinin əksinə Mario Draghi 8 illik sədrliyi dövründə faizləri heç bir zaman artırmadı, böhranlarla mübarizə apararaq maliyyə sistemə daha çox likvidlik təmin etdi.  Noyabrın 1-dən Avropa Mərkəzi Bankının sədri vəifəsini Kristin Lqard icra etməyə başlayacaq.

Son xəbərlər
Digər xəbərlər