Avropa Parlamenti Aİ-nin 2021-2027-ci illər üçün büdcəsini təsdiqləyib

Brüsseldəki plenar iclasda Avropa Parlamenti Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üçün büdcəsi haqqında qanun layihəsinin qəbul edilməsinə dair səsvermə keçirib.

Sənədin lehinə 548, əleyhinə isə 81 deputat səs verib, 66 deputat bitərəf olub.

Qarşıdakı 7 ili əhatə edəcək Aİ-nin büdcəsi 1,074 trln. avro səviyyəsində təsdiqlənib. Bundan əlavə, təsdiqlənən büdcəyə Aİ iqtisadiyyatının bərpa fondundan ayrılacaq 750 mlrd. avro əlavə ediləcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər