Qış fəslinin demək olar ki,Bakıda başlamadığı(çünki,havada qışın təsiri çox hiss olunmur) bu günlərdə artıq bir çox səyahətsevər çox guman bu il qış yaşamayacağını düşünür.Lakin,yazımızda oxuyacağınız üzərə gözəl bir qış yaşamağınız üçün hələ də fürsət var.Bu məsələdə biz sizə kömək etmək qərarına gəldik.Belə ki,bir çox xarici bloglarda,saytlarda verilən məsləhətlər və həmçinin öz fikirlərimizi birləşdirərək qışda səyahət edə biləcəyiniz 7 Avropa şəhərini seçdik.Bu şəhərlər elə şəhərlərdir ki,qışda tamam başqa bir gözəlliyə bürünürlər və əsl qış cazibədarlığını əldə edirlər.
Düşündük ki,yazıda şəhərlər haqqında olan informasiyaları xarici saytlardan “copy-paste” etməkdənsə daha maraqlı,daha fərqli bir şey edək və belə qərara gəldik ki,bu informasiyaları(yəni şəhərlərin ümumi aurası,iqlimi,turistlərə münasibət, görüləcək yerlər və s.) həmin şəhərlərdə yaşayan və ya orada çox olmuş azərbaycanlılardan isti-isti əldə edək:).Bu səbəbdən bizə köməklik edən Avropada yaşayan dostlara təşəkkür edirik.Beləliklə,7-ci yerdə olan şəhərdən başlayaq.
7.OSLO (Norveç)
2 ildir Osloda yaşayan Rəvan Gülməmmədov
“Oslo aprel-sentyabr ayları ideal hesab olunsa da qışda da çox gözəl olur.Qışda kifayət qədər qar yağır və xizək sürmək üçün Oslodan metro ilə 30 dəqiqəlik məsafədə Frognerseteren adlı qış turizm kompleksi var.Oslo de-yure 2 hissəyə bölünüb: West side və East side.West Side-da norveçlilər və qərbdən gəlmiş miqrantlar yaşayır hansı ki,hətta gecələr belə çox təhlükəsiz və firavan bölgədir.East Side-da isə afrika və asiya miqrantları yaşayır və qismən təhlükəli ərazidir.Amma,ümumilikdə Oslo çox təhlükəsiz şəhərdir.Küçədə polis və polis maşınları demək olar ki,gözə dəymir.İngilis dilini əksəriyyət bilir və rahatlıqla istədiyiniz sualı verə bilərsiniz.Rasizm yoxdur.Bahalı şəhərdir.”
Görməli yerlər: “Vigelandparken, Holmekollen Ski Museum, Fram museum, Folkemuseum, Viking Ship museum, Aker Brygge, Tjuvholmeh, Technical museum, Karl Johans gate, Kings palace.”
6.BRAŞOV (Rumıniya)
Rumıniyada yaşayan və Braşova tez-tez səyahət edən Abbas Zahidi
“İşimlə əlaqədar Braşovda tez-tez oluram.Braşovda qışda iqlim Rumıniyanın digər şəhərlərinə nisbətən daha soyuqdur.Amma dağda yerləşdiyinə görə havası daha təmizdir.İnsanları müasir və köməkçildirlər.İngilis dilini əksəriyyət bilir.Mənə görə Rumıniyanın ən gözəl şəhəri Braşov-dur.Tamamilə təhlükəsiz şəhərdir.”
Görməli yerlər: “Braşova gələn turistlərin əksəriyyəti məncə bura Drakulaya görə gəlirlər.Burada onun qəsri var.Predealda gözəl təbiət və istirahət üçün əla yerlər var.Şəhərin mərkəzindən Tampa adlı parka qalxsa adam özünü dərhal meşədə hiss edər”
5.PARİS (Fransa)
1 il yarımdır ki,Parisdə yaşayan Cavanşir Həsənzadə
“Paris Avropada ən çox turist qəbul edən şəhərdir.Bəzi turistlər buranı romantik şəhər,bəziləri klassika və müasir mədəniyyətin birləşdiyi yer,bəziləri şoppinq üçün mükəmməl yer zənn edib Parisə təşrif buyururlar. Qış fəsli Parisdə elədə şiddətli keçmir.Külək çox cüzi olduğuna görə şiddətli şaxtalar nəzərə çarpmır.Bir sözlə yüngül amma bol qarlı qış ilə rastlaşırsan.Qış fəslində Paris turu üçün daha çox seçilən vaxt Dekabrın ortalarından Fevralın ortalarına kimidir.Amma burada 20 Dekabrdan sonra şəhər turist bumu ilə rastlaşdığına görə qiymətlər bir qədər bahalaşır.Paris orta təhlükəli şəhər sayılır amma buna baxmayaraq heç nə turistlərin buradan xoş təəssüratla ayrılmasına mane olmur.
Görməli yerlər: Paris tarixi və mədəni məkanlarla zəngindir.Bu şəhərdə o qədər gəzməli və görməli yer vardır ki,3-5 gün kifayət etmir.Amma mənim fikrimcə Parisə gələn turist ilk öncə şəhərin simvolu sayılan Eyfel Qülləsini,Zəfər Tağını,Notre Dame kilsəsini,Luvr Muzeyini,Champs Elysees-i,Böyük və Kiçik Sarayı,Sacre Coeur,Montmartr-ı ziyarət etsə nə vaxtsa “Parisdə olmuşam” deyə bilər.Bir çox turistlər Versal sarayını və Disneyland-i Parislə qarışdırırlar.Bunlar Parisdən kənarda digər şəhərlərdə yerləşirlər.Bu turizm məkanları Parisə daxil deyil.
4.BERLİN (Almaniya)
1 ildən artıqdır ki,Berlində yaşayan Elgün Quluzadə
“Berlin Almaniyanın ən multicultural şəhəridir.Burada yerli – turist söhbəti yoxdur.Sadəcə,şəhərin kənar hissələrinə gedərkən özgəlik hiss edə bilərsən.Amma Berlində turist sayı həddən artıq olduğuna görə belə problem yoxdur.Günlük 30-35 evro şəhəri gəzməyə bəs edər”
Görməli yerlər: “Əgər orta yaşlı və ya daha çox yaşı olan turistdirsə Aleksandr Plartz və Friedrichstrasse arasında piyada gəzsinlər lazım olan hər yeri görəcəklər. Bir də Charlottenburgda Kudam deyilən yer var bura daha çox zəngin insanlar üçündür. Bundan başqa isti havada gəlsələr mütləq Wannsee var ora getmək lazımdır. Gənc nəsil isə SimondachStrasse var ora, bir də Warschauerstrasse –də gəzə bilərlər.Burada gecə klubları və s. var”
3.ZÜRİX (İsveçrə)
2001-ci ildən Zürixdə yaşayan Lalə Əliyeva
“Zürixdə təhlükəsizlik yüksək həddədir.Dağlıq ərazidir.Havası dəyişkən olduğu üçün çantamızda əlavə geyim və çətir olur.Külək nadirən olur.Cəmiyyətdə qadın haqları yüksəkdir.Mən çoxdandır Azərbaycana gedə bilmirəm,amma gedənlər deyir ki,Zürixdə brendlərin qiymətləri eynən Bakıdaki kimidir.”
Görməli yerlər: “Mən oğlumla Belwu adlı yer var ora gedirik,quşlara yem atırıq.Bura yaxın Winterthur adlanan yer var ora gedirik.Bu yerin ad olaraq mənası “qış turu” deməkdir.Bundan başqa “Technorama” muzeyinə və kazinolara gedə bilərsiniz(baxmayaraq ki,mən getməmişəm).
2.PRAQA (Çexiya)
3 ildir Praqada yaşayan Əkbər Hüseynov
“Praqanın gotik gözəlliyi qışda daha da gözəlləşir,düzünü deyim Praqa yayda elədə gözəl olmur,lakin gotik memari soyuq və qapalı havada daha da mistik,əzəmətli və gözəl görsənir.Əsasən qarlar altında Praqada möhtəşəm aura yaranır,özünü 15-ci əsrdə hiss edirsən.İqlimi sərt deyil,normal,çox yağışlı da deyil.Təhlükəsizliyi haqqında,təhlükə axtaran hər yerdə tapar.Yəni sən normal küçədə gecə saat lap 4də gəz heç bir şey olası deyil.3 ildir buradayam,pul qabım düşüb dalımca qaçıb qaytarıblar.Sadəcə gecələr narkotik satanlar sənə yaxınlaşır və narkotik təklif edir ki bu da leqaldır,yəni mərkəzdə polisin qabağında.İnsanları yaxşıdır,ama heç bir çexə yaxınlaşıb rusca danışmağı məsləhət görmürəm!İngiliscə müraciət edin.”
Görməli yerlər: “Praqada “silver line” adlanan turistik xətt var bu xətti izləsən Praqanın gözəl yerlərini görərsən,xətt Muzeumdan başlayır,yol boyunca 1892-ci ilin əzəmətli binası muzeyi və qabağında 1912-ci ilin böyük heykəli Sv.Vaclavı görə bilərsiniz.Sonra Vaclavske prospektində böyük brandlar,hədiyyə mağazaları filan,sonra Mustek ən böyük yer altı metro.Sonra 600 il tikintisi sürən astronomik saat və staromestsa dairəsi,Paris caddəsi,Yəhudi şəhərciyi,Karlov körpüsü,Qara bina,avropanın ən böyük gecə klubu Karlovy Lazne,getdikcə Sv.Mikulas kilsəsi,pilləkənlərdən qalx yuxarı Praqa qalası,praqa ayaqlarının altında.Sv.Vitus kilsəsi,ən böyük və ən əzəmətli kilsə.Prezident ofisi tam yanında.Malostranska dairəsi,Dancing House,Milli teatr…..Qısacası Praqada adi yaşayış binası belə tarixi və möhtəşəm binadır,sadəcə çıx və gəz.Azərbaycandan gələn turistlərə Praqada hər cür gid köməkliyi edə bilərəm
1.AMSTERDAM (Hollandiya)
5 yaşından bu yana (18 il) Amsterdamda qalan Leyla Məmmədova
“Amsterdam turistik olaraq çox gözəl şəhər sayılır.Burda vaxtın necə keçdiyini bilmirsən. Hollandiyanın şimalında yerləşir iqlimi soyuqdur və qışı gözəldir.Nə qədər soyuq olur-olsun şəhər çox rahatdır istədiyiniz yerə qışda rahatlıqla gedə bilərsiniz.Demək olar ki qışda həftənin 5 günü yağış və ya qar yağır.Amma iqliminin əksinə,insanları çox istiqanlıdır.Yoldan keçən hər kəsə rahatlıqla sual verə bilərsiniz.Ekoloji təmizlik üst səviyyədədir.Maşınlar az istifadə olunur,əvəzində demək olar ki,hər kəsin velosipedi var və ondan istifadə edir.Su kanalları çoxdur və bu kanallarda ördək,qaz və s. quşlar çox gözəl mənzərə yaradır.Onları hamı
qoruyur.”
Görməli yerlər: “Su ortasında evlər var onları görmək lazımdır.Tramvayla,velosipedlə şəhəri gəzin.Bu muzeylər mütləq görülməlidir: Van Gogh,Het Anne Frank Huis,Joods Historis Reyks ,Rembrandt Huis,De Hermitage v.s.Bir də “water fiets” adlı su velosipedləri var bunu kanalda sürün bir çox yerləri görəcəksiniz”
P.S — Nə qədər ki,qarşınızda fevral ayı var Avropada qış istirahəti barədə düşünməyə dəyər:)
BƏS SİZİN FİKRİNİZCƏ QIŞDA HANSI AVROPA ŞƏHƏRİ DAHA GÖZƏLDİR?