6 C
Baku
Monday, December 16, 2024

Avropada avtomobil satışı azalıb

Dünyanın əsas avtomobil bazarlarından olan Avropa İttifaqında ötən yarımildə 4,6 milyon ədəd təzə avtomobil satılıb.

Statistikanı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yayıb.

Satışların azalması həm də bazara çıxarılan avtomobil sayının azalması ilə izah edilir. Çip və digər elektronika detalları çatışmadığı üçün bir çox istehsalçı ucuz modellərin istehsalını dayandırıb.

Azalma ölkələr üzrə də fərqlidir. Ən ağır vəziyyət İtaliyada qeydə alınıb. Burada ilk yarımildə satılmış təzə avtomobil sayı 22,7% azalıb. Bundan başqa geriləmə Fransada 16,3%, Almaniyada 11%, İspaniyada 10,7% olub.

Son xəbərlər
Digər xəbərlər