9 C
Baku
Thursday, December 12, 2024

Avropada qaz kəskin ucuzlaşdı

Avropada təbii qazın qiyməti kəskin ucuzlaşıb.

Çərşənbə axşamı, martın 14-də keçirilən ticarət sessiyası zamanı mavi yanacağın qiymətindəki eniş daha da sürətlənib və 10 faizə çatıb.

Bunu ICE birjasının məlumatları sübut edir. Belə ki, sessiya zamanı qiymət min kubmetr üçün 500 dollardan da aşağı düşüb.

Axşam saatlarında TTF indeksi üzrə aprel fyuçersləri 9,7 faiz dəyər itirərək min kubmetr üçün 495,6 dollara satılıb.

Sürətli azalmaya baxmayaraq, qazın qiymətləri uzun müddətli müşahidələr ərzində qeydə alınan orta göstəricidən iki dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər