13 C
Baku
Tuesday, May 7, 2024

Avropada qazın qiyməti 500 dollardan aşağı düşüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

15 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 476.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (488.9 dollar) ilə müqayisədə 2.5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər