10 C
Baku
Friday, December 13, 2024

Avropada təbii qaz ucuzlaşmaqda davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarından aşağı enib.

16 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 358.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (363.4 dollar) ilə müqayisədə 1.2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər