-1 C
Baku
Sunday, December 15, 2024

Avropada təbii qazın qiyməti cüzi artıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 170 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

7 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 169 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 163,1 dollar) ilə müqayisədə 0,5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər