6 C
Baku
Sunday, December 15, 2024

Avropada təbii qazın qiyməti tarixi rekorda çatır

Avropada təbii qazın qiyməti çərşənbə axşamı ticarətin açılışında 1000 kubmetr üçün 1800 dolları ötüb.

Banker.az xəbər verir ki, bu, London birjasının məlumatlarına görə, oktyabrın əvvəlindən bəri maksimum qiymət olub.

Hollandiyanın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:01-də olan məlumata görə, 1000 kubmetr üçün 1803 dollara yüksəlib.

Xatırladaq ki, bu ərəfədə Rusiyanın “Qazprom” şirkəti Yamal-Avropa qaz kəməri ilə bağlı qərar qəbul edib. Nəticədə Almaniyaya qazın fiziki axını tamamilə dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər