Avropada daşınmaz əmlak bazarında qiymət fərqləri alıcıların marağını Cənubi Avropa ölkələrinə yönəldir.
Mütəxəssislərin məlumatına görə, bir çox investor və fərdi alıcı İtaliya və İspaniyada mənzillərin bəzi regionlarda öz ölkələri ilə müqayisədə daha sərfəli olması səbəbindən bu bazarlara üstünlük verir.
Əmlak şirkətlərinin məlumatına görə, alıcılar əsasən dəniz sahillərinə yaxın və ya beynəlxalq hava limanlarına rahat çıxışı olan mənzillərlə maraqlanırlar. Belə obyektlərdən həm şəxsi istirahət məqsədilə istifadə olunur, həm də ilin digər dövrlərində qısamüddətli və ya uzunmüddətli icarəyə verilərək əlavə gəlir mənbəyinə çevrilir.
Ekspertlər hesab edirlər ki, əlverişli qiymətlər, mülayim iqlim və turizm potensialı İtaliya və İspaniyanı Avropa daşınmaz əmlak bazarında ən cəlbedici istiqamətlərdən biri olaraq saxlayır.






