-1 C
Baku
Sunday, December 15, 2024

Avropanın reabilitasiya mərkəzləri “kripto asılılığın” müalicəsi üçün xidmətlər təklif etməyə başlayıb

Avropadakı reabilitasiya mərkəzləri kriptovalyutadan asılılığın müalicəsi üçün xidmətlər təklif etməyə başlayıb. Məsələn, belə bir xidmət “The Balance” reabilitasiya mərkəzində mövcuddur, BBC yazır. Nəşr kriptovalyuta əməliyyatlarına həftədə 200 min dollara qədər pul xərcləyən mərkəzin Mayorka filialının müştərilərindən biri treyder Don ilə danışıb.

Reabilitasiyasa çərçivəsində Don şəxsi aşpazla birlikdə villada yaşayırdı, onun müalicəsinə həmçinin psixoterapiya, masaj, yoqa və velosiped sürmə də daxildir. Dörd həftəlik müalicə Dona 75 min dollara başa gəlib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Swiss Paracelsus Recovery”də kriptovalyutadan asılılığın müalicəsi proqramları bir ay yarım davam edir və həftədə 104 min dollara başa gəlir. Müştərilərə fərdi pəhriz, yoqa, qan testləri və lazım olduqda dərmanlar təklif olunur.

BBC-nin tapdığı reabilitasiya mərkəzlərinin əksəriyyəti lüks seqmentdədir və həmçinin narkotik və alkoqol asılılığı və yemək pozğunluqlarını müalicə edir. Beş klinika nəşrə bildirib ki, son iki il ərzində kriptovalyuta asılılığı ilə bağlı yüzlərlə müştəri müraciəti alıblar.

Qəzet qeyd edir ki, hələlik belə müalicə üçün xüsusi sertifikatlar tələb olunmur. Lakin BBC-yə müsahibə verən terapevtlərin və mərkəz rəhbərlərinin əksəriyyəti özlərini “sertifikatlı psixi sağlamlıq və narkomaniya üzrə məsləhətçilər” kimi təsvir ediblər.

Stanford Universitetinin psixiatriya professoru Anna Lembke qeyd edir ki, müalicə psixoterapiya, vərdişlərdə və mühitdə dəyişikliklər, bəzən də dərmanlar tələb edir. Eyni zamanda, kriptomaniyanın qumar asılılığı ilə çox oxşar cəhətləri olsa da, daha güclü ola bilər, deyirlər mərkəzlərdə.

Son xəbərlər
Digər xəbərlər