10 C
Baku
Friday, December 13, 2024

Avstraliya Ehtiyat Bankı gözlənilmədən faizləri qaldırıb

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank –qısaca: RBA) aprel iclasında uçot faiz dərəcəsini (nağd pul faizi) 3.6% səviyyəsində sabit saxladıqdan sonra gözlənilmədən 25 baza bəndi artıraraq 3.85%-ə çatdırıb.

Banker.az xəbər verir ki, bu addımdan sonra Avstraliya dolları ABŞ dollarına nisbətdə (AUD/USD) 0.9% möhkəmlənərək 0.6690 dollar səviyyəsinə yüksəldi.

Avstraliyada fond indeksi sayılan S&P/ASX 200 maliyyə ehtiyatları itkilərə səbəb olduğu üçün 0.7% azalıb.

RBA-nın uçot faiz dərəcəsini 25 baza bəndi artırması birjalar üçün sürpriz bir hərəkətdir. Mərkəzi bank ölkədə inflyasiyanın “hələ də çox yüksək olduğunu” bildirib və addım atmaqda əsas drayver də elə budur.

“Reuters”in sorğusuna iştirak edən iqtisadçılar əsasən Avstraliya Ehtiyat Bankı bençmark dərəcəsini 3.6% səviyyəsində saxlayacağını gözləyirdilər.

“Son məlumatlar inflyasiyanın müsbət azalmasını göstərsə də, mərkəzi proqnoza görə, inflyasiyanın hədəf diapazonunun yuxarı səviyyəsinə qayıtması üçün bir neçə il lazımdır. İnflyasiyanın 2023-cü ildə 4.5 faiz, 2025-ci ilin ortalarında isə 3 faiz olacağı gözlənilir”, – deyə RBA-nın açıqlamasında bildirilir.

RBA-nın açıqlamasından bu məlum olur ki, onun prioriteti “inflyasiyanı hədəfə qaytarmaqda qalır” və bununla da qarşıda daha çox faiz artımı üçün “qapını açıq” saxlayıb.

 

Son xəbərlər
Digər xəbərlər