13 C
Baku
Tuesday, May 7, 2024

Avstraliya qlobal trendi qırır, “qorxudan” faiz artımınının tempini zəiflədir

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank, ing – RBA) yüksək inflyasiyanı ram etmək üçün daha aqressiv addımların atılacağı gözləntilərini rədd edib, uçot faiz dərəcəsini gözləniləndən daha az qaldırıb.

Çərşənbə axşamı Avstraliya Ehtiyat Bankının 25 baza bəndi, yaxud 0.25 faiz bəndi artımı bazarların gözlədiyinin yarısı həyata keçirib və bu, rəsmilərin əyləcləri çox sərt vurmaqdan və qlobal böyümənin yavaşlaması fonunda ölkəni resessiyaya sürükləməkdən çəkindiyini göstərir.

RBA-nın son addımı nağd pul dərəcəsini – kommersiya banklarının kreditlər üçün tətbiq etdiyi faiz dərəcəsini 2.60 faizə qədər artırıb ki, bu da 2013-cü ildən bəri ən yüksək göstəricidir. Bu da öz növbəsində ipoteka və digər borclanmaların dəyərinə təsir edir.

Mərkəzi bank sədri Philip Lowe verdiyi açıqlamada, iqtisadiyyatın artan qeyri-müəyyənliklə üzləşdiyi bir vaxtda dərəcələrin “qısa müddət ərzində əhəmiyyətli dərəcədə artdığını” deyib.

“Qeyri-müəyyənlik mənbəyi son zamanlar pisləşən qlobal iqtisadiyyatın görünüşüdür” – deyə o, bildirir.

“Başqa sözlə Avstraliyada ev təsərrüfatlarının xərclərinin daha sərt maliyyə şərtlərinə necə cavab verməsidir. Daha yüksək inflyasiya və daha yüksək faiz dərəcələri ev təsərrüfatlarının büdcələrinə təzyiq göstərir”.

Amma o bunu da qeyd edib ki, yüksək faiz dərəcələrinin tam təsiri hələ də ipoteka ödənişlərində hiss olunmur.

Daha kiçik artıma baxmayaraq, RBA bu il Avstraliyada inflyasiyanın 7.75 faizə çatacağını, 2023-cü ildə dörd faizdən bir qədər çox, 2024-cü ildə isə təxminən 3 faizə düşəcəyini gözlədiyini bildirib.

Açıqlamadan sonra risklərə həssas Avstraliya dolları 0.6510 ABŞ dollarından 0,6451 dollara qədər ucuzlaşıb, Sidneydə qiymətli kağızlar üzrə fond indeksi ASX 200 isə 3.8 faiz artdı.

Dünya üzrə mərkəzi bankları kimi RBA bu il faiz dərəcələrini altı dəfə, o cümlədən dörd dəfə hər birində 0.5 faiz bəndi artırdı.

RBA son qərarı keçən ay üçüncü ardıcıl 0.75 bənd faiz artımını açıqlayan ABŞ Federal Ehtiyat Sistemi kimi həmkarlarının aqressiv mövqeyindən fərqli olduğunu göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər