Dünyada uçan avtomobillərə investisiya qoyan şirkətlərin sayı artır. Avstraliyada yerləşən şirkət dünyanın ilk uçan elektrik yarış avtomobili olan “Airspeeder”i tanıdıb.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, uzaqdan pilotlu “Airspeeder”in bu ilin ikinci rübündə yarışa qatılacağı bildirilib.
Airspeeder adlanan uçan avtomobilin uzaqdan bir pilot tərəfindən əvvəlcə eniş edə və şaquli olaraq qalxa biləcəyi bildirilib.