16 C
Baku
Wednesday, May 8, 2024

Avstraliyanın baş naziri istefa verəcəyini bildirib – Səbəb nədir?

Avstraliyanın baş naziri və hakim koalisiyaya daxil olan Liberal Partiyanın (LP) lideri Malkolm Ternbull avqustun 24-də partiyanın növbədənkənar yığıncağının keçiriləcəyini bəyan edib.

Baş nazir bu barədə Avstraliyanın “Sky News” telekanalı ilə birbaşa yayımlanan mətbuat konfransı zamanı bildirib.

M.Ternbull qeyd edib ki, LP-nin bu iclasında sədr məsələsi yenidən müzakirəyə çıxarlarsa, o namizədliyini irəli sürməyəcək. Baş nazir deyib: “Mən bunu etimadsızlıq votumu kimi qəbul edərək, öz namizədliyimi irəli sürməyəcəyəm”. M.Ternbull əlavə edib ki, partiyanın lideri vəzifəsini itirdikdən dərhal sonra o, parlamenti də tərk edəcək.

Son günlər Avstraliya hökumətində çox ağır vəziyyət yaranıb. Avqustun 23-də hökumətin üç üzvü – maliyyə naziri Matias Kormann, rabitə və incəsənət naziri Mitç Fayfild və məşğulluq və innovasiyalar naziri Mikelya Keş LP-də rəhbərliklə əlaqədar qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə istefa verdiklərini bəyan ediblər. Bundan bir qədər əvvəl isə, sabiq daxili işlər naziri Piter Datton bəyan edib ki, son üç gündə ikinci dəfə M.Ternbullun partiya lideri məsələsini müzakirəyə çıxarmaq niyyətindədir. Onun qənaətinə görə, Baş nazir artıq partiya üzvlərinin dəstəyinə arxalana bilməz və lider vəzifəsini tərk etməlidir. Onun mövqeyini bəzi nazirlər dəstəkləyirlər.

Xatırladaq ki, LP daxili fraksiya P.Dattonun təşəbbüsü ilə M.Ternbulla etimad məsələsini hələ avqustun 21-də müzakirəyə çıxarıb. Həmin vaxt səsvermənin nəticələrinə görə, M.Ternbull 48, P.Datton isə 35 nəfərin dəstəyini qazanıb. Bundan sonra Avstraliya qanunvericiliyinə uyğun olaraq, doqquz nazir istefa verib. Baş nazir onlardan yalnız ikisinin ərizəsini qəbul edib. M.Dattonun M.Ternbulla etimad göstərilməsi ilə əlaqədar təkrar yaydığı petisiya isə kifayət qədər səs toplamayıb. Həmin vaxt kabinetin üzvləri ilə məsləhətləşmələr aparan M.Ternbull istefa vermək istəyən nazirlərdən dördünün dəstəyini qaytara bilib.

Avqustun 24-də keçiriləcək iclas ərəfəsində M.Ternbull əsas rəqibi P.Dattona tərəfdarlarının sayını dəqiqləşdirməyi məsləhət görüb.

Partiyanın sədri vəzifəsinə yeni namizəd üstünlük qazanmaq üçün partiyadaxili fraksiyaların azı 43 üzvünün səsini qazanmalıdır. ABC telekanalının yaydığı məlumata görə, avqustun 24-də səhər saatlarında P.Dattonun tərəfdarlarının sayı cəmi 27 nəfər təşkil edib.

Deyilənə görə, M.Ternbull bir sutkalıq vaxt götürməklə digər namizədlərin kifayət qədər səs toplamasına imkan yaradıb. Belə ki, müvəqqəti olaraq daxili işlər naziri vəzifəsini icra edən Skott Morrison həmfikirlərinin sayını artıracağı təqdirdə P.Dattona qarşı layiqli namizəd ola bilər.

Avqustun 23-də M.Ternbull parlamenti də iki həftəlik istirahətə göndərib. Məqsəd partiyadaxili problemləri həll etdikdən sonra məsələni parlamentin müzakirəsinə çıxarmaqdır.

MənbəAzərTac
Son xəbərlər
 ⁠
Digər xəbərlər