9 C
Baku
Thursday, December 12, 2024

Avtomobillərlə bağlı icbari sığorta haqları artıb – 17% artım

Azərbaycanın sığorta şirkətləri tərəfindən bu ilin yanvar-iyun aylarında avtonəqliyyat  vasitələrinin icbari sığortası üzrə 18 milyon 114 min manat sığorta haqqı hesablanıb.

Banker.az Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalıb.

Ötən ilin yanvar-iyun ayları ərzində  avtonəqliyyat vasitələrinin sığortası üzrə 17 milyon 612 min manat sığorta haqları hesablanmışdı.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 7 milyon 267 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişləri isə 17% artıb.

Son xəbərlər
Digər xəbərlər