7 C
Baku
Thursday, December 12, 2024

İş axtarışının gündəlik cədvəli necə olmalıdır?

İş axtarışının özünün də bir iş olması səbəbindən siz bununla bütün həftə boyu məşğul olmalısınız. Düzgün planlaşdırma və cədvəl heç nəyi unutmamağa kömək edəcək və iş axtarışını daha yaxşı nəticəli edəcək.

Aşağıda sizə həftənin hansı gününün iş axtarışında daha məhsuldar olduğunu təsvir edən cədvəli təqdim edirik.

Bazar günü

Ənənəvi olaraq bazar günü istirahət günüdür, lakin ambisiyalı iş axtaranlar üçün deyil. Məhz bazar günü fəaliyyət planı hazırlamaq və digər hazırlıq işlərini tamamlamaq üçün ideal gündür. Məsələn, rezümenizdəki məlumatları bir daha yoxlayın, lazımı düzəlişləri edin və saytlardan sizə uyyğun gələn vakansiyaları seçin. Qarşıda sizi heç də asan olmayan bir həftə gözləyir.

Bazar ertəsi

Bir çox insanlar iş həftəsini həvəssiz və yorğun başlayır. Axı sizin növbəti günü bütün gücünüzlə başlamaq üçün dincəlmək və yuxunuzu almaq üçün əla şansınız var idi. Bazar ertəsidir, artıq əlinizdə hazır rezüme və vakansiyalar var. Fəaliyyətə keçməyin tam zamanıdır.

Çərşənbə axşamı

Çərşənbə axşamı yeni vakansiyaları axtarmağın tam zamanıdır. Dünən rezüme göndərdiyiniz şirkətlərlə əlaqə saxlayın, rezümenizi alıb-almadıqlarını aydınlaşdırın. Sizinlə maraqlanan şirkətlərin siyahısını tərtib edin.

Çərşənbə

Bu günü təhlilə və özünütəhsilə həsr etmək olar.  Çox güman ki, əvvəlki günlər çalışmaq istədiyiniz şirkətlərə aid xeyli vakansiya görmüsünüz. Bu tələbləri təhlil edin və yeni hansı bilikləri əldə edə biləcəyinizi düşünün. Vakansiyanın mövzusu ilə bağlı ya internetdən, ya treninqlərdən kifayət qədər məlumat əldə edə bilərsiniz.

Cümə axşamı

Cümə axşamı ətrafdakı dostlarınız vasitəsilə iş axtarmaq üçün ən ideal gündür. Yəqin ki, tanışlarınız artıq iş axtardığınızı bilirlər. Buna görə də diqqəti dostlar, tanışlar  və keçmiş əməkdaşlar üzərində cəmləmək lazımdır. Onlara zəng edin və yaxud sosial şəbəkələr vasitəsilə əlaqə saxlayın. İş axtardığınızı nə qədər çox adam bilsə, bir o qədər iş tapmaq şanslarınız yüksəkdir.

Cümə

Cümə – tək istirahət öncəsi bir gün deyil, həm də bütün həftə boyu etdiklərinizi qiymətləndirmək üçün ən uyğun zamandır. Kiçik bir siyahı tutun – hansı şirkətlər cavab verdi, hansı tanışınız kömək edəcəyinə vəd etdi. Həmçinin cümə günü öz qarderobunuza da nəzər yetirin, gələcək müsahibələr zamanı sizə lazım olacaq paltarları öncədən hazırlayın.

Şənbə

Şənbə gününü istirahətə həsr etmək olar. Çünki irəlidə sizi yeni həftə gözləyir və sizə güc lazım olacaq. Həmçinin bu gündə keçən həftə ərzində əlaqə saxlaya bilmədiyiniz insanlarla yenidən əlaqə yaratmağa cəhd etmək olar.

Son xəbərlər
Digər xəbərlər