7 C
Baku
Thursday, December 12, 2024

İş axtarmağın yolları

Hal-hazırda əmək bazarında rəqabət çox yüksəkdir. Buna görə bəzən iş axtarmağa çox vaxt və əmək gedir.

İş axtarmağın ən birinci və asan yolu tanışlardan və qohumlardan məlumat almaqdır. Bəzən onların himayəsi sizin seçimizə təsir göstərə bilər.

İnternetdə və mətbuatda yerləşdirilmiş vakansiyaları izləmək həmçinin iş axtarmağın məhsuldar üsulları hesab edilir.

Əgər sizi bu üsul qane etmirsə, siz özünüz kütləvi informasiya vasitələrində iş axtardığınız barəsində elan yerləşdirə bilərsiniz.

Yüksək səriştəli mütəxəssislər və iş təcrübəsinə malik olanlar kadr və işəgötürmə agentliklərinin xidmətlərindən yararlana bilərlər. Birinci halda vakansiyalar variantı iş axtarana təqdim olunur, ikinci halda isə işə götürənə tərcümeyi-halın nüsxələri göndərilir. İlk zamanlarda sizə yüksək maaş deyil, təcrübə əldə etmək sərf edirsə, vakansiyalar yarmarkasının təqdim etdiyi seçimlərlə tanış olmaq olar.

İnternet vasitəsi ilə iş axtarmaq nə qədər məhsuldardır?

Bugünkü gündə internet vasitəsi ilə iş axtarmaq daha geniş imkanlar təqdim etdiyi üçün ən məşhur üsul hesab edilir. Burada «passiv» üsuldan istifadə etmək lazımdır. «Passiv» üsul öz tərcümeyi halınızı müxtəlif saytlarda yerləşdirməyinizdən ibarətdir. «Fəal» üsul isə internetdə tapdığınız vakansiyalar üzrə öz tərcümeyi-halınızın göndərilməsindən ibarətdir.
Həmçinin aparıcı şirkətlərin də saytlarını izləyin. Onlar adətən işçi tələb olunması haqqında məlumat yerləşdirirlər.

 

Son xəbərlər
Digər xəbərlər