9 C
Baku
Friday, December 13, 2024

Aylıq sosial ödəniş təyin olunan şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının sayı açıqlanıb

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçılarından (o cümlədən müharibə əlilləri) 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem üzərindən, proaktiv qaydada aparılıb. Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilib.

Son xəbərlər
Digər xəbərlər