Azərbaycan Türkmənistan və Qazaxıstan gübrəsinin aşırımını artıracaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ərazisində tikilən gübrə terminalın mayın sonuna qədər yekunlaşması nəzərdə tutulur.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”QSC -nin Baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, terminalın açılışı iyun-iyul aylarında planlaşdırılır.

“Gübrə terminalı çox əhəmiyyətlidir, çünki hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Qərb istiqamətində kifayət qədər gübrə daşınır. 1-1,5 milyon ton gübrənin aşırılması üçün imkanımız var. Bu terminalla birgə Bakı Limanı 2,5 milyon tona qədər gübrə aşıracaq. Beləliklə Türkmənistan, Qazaxıstan gübrəsini Azərbaycan vasitəsilə Qərbə çatdırmaq mümkün olacaq”, – T. Ziyadov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər