Azərbaycanda 9 kredit ittifaqının bağlanmasına münasibət

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 9 kredit ittifaqının lisenziyasını ləğv etməsinə münasibət bildirib.

Banker.az xəbər verir ki, Assosiasiyanın sədri Cəlil Süleymanov Report-a açıqlamasında Palatanın qərarının onlar üçün gözlənilməz olmadığını deyib.

“Həmin 9 kredit ittifaqından 4-ü – Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Şəki şəhərindəki “Göyçə” və “Nicat” kredit ittifaqları AKİA-nın üzvləridir. Bildiyim qədər həm onlar, həm də Assosiasiyaya üzv olmayan digər 5 kredit ittifaqı maliyyə problemi ilə əlaqədar 3 ildən çoxdur ki, faktiki fəaliyyətsizdirlər. Yəni, bu qurumlar kreditləşmə ilə məşğul deyillər, heç maliyyə hesabatlarını da vaxtında, qrafikə uyğun MBNP-yə təqdim etmirlər. Odur ki, son qərar bizim üçün gözlənilməz olmadı”, – deyə o, qeyd edib.

AKİA rəhbəri mikromaliyyə sektorunda bundan sonra da “təmizləmə”nin gedəcəyini, kredit ittifaqlarının sayının daha da azaldılacağını istisna etməyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər