10 C
Baku
Saturday, March 2, 2024

Azərbaycanda avqustda dollara tələb yüksəlib

Azərbaycanda banklara Mərkəzi Bank tərəfindən keçirlən valyuta hərracında avqust üzrə 452 milyon ABŞ dolları satılıb və Banker.az-ın hesablamalarına əsasən 2023-cü il üzrə qeydə alınan ən yüksək rəqəmdir.

Üçüncü aydır ki, valyuta satışlarının həcmi artan sıra ilə irəliləyir.

2022-cü illin dekabırında valyuta hərraclarında 595.9 milyon dollar satılmışdı.

Azərbaycanda xarici valyuta ilə bankları Azərbaycan Respublikası Dövlət Neft Fondu təmin edir. İyundakı son illərin ən az valyuta alışı – 78.9 mln. dollarlıq satışdan sonra artmağa başlayıb.

666

Beləliklə, 2023-cü ilin ilk 8 ayında banklar ARDNF tərəfindən 2 mlrd. 296.1 mln. dollarlıq xarici valyuta ilə təmin edilmiş oldu. Cari il öncəki illərdən xarici valyutaya olan tələb daha aşağı oldu. 2023-cü ilin ilk 8 ayı öncəki ildən 1 mlrd. 96.4 mln. dollar və ya 32.3% azdır.

Qeyd edək ki, Azərbaycanda valyuta bazarında sabitliyə dəstək olan əsas drayver ixracda əsas payı olan neft-qaz qiymətlərininin yüksək olması, nəticədə tədiyyə balansında yaranmış böyük həcmli profisitlərdir. Əlavə olaraq enerji qiymətlərinin yüksək olması ilə bərabər ölkənin xarici valyuta rezervinin yüksək olması valyuta bazarında milli valyutaya inamı yüksəldib.

İlin ilk 8 ayı ərzində xarici valyuta tələbi, mln. $:

Tarix  İlin ilk rübündə
2020 5 003.7
2021 3 742.8
2022 3 392.5
2023 2 296.1

 

Son xəbərlər
Digər xəbərlər