9 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda karbon vergisinin və ya emissiya ticarət sisteminin tətbiqi müzakirə olunur

Hazırda Azərbaycanda karbon qiymətqoyma və ya emissiya ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılır.

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, hazırda emissiyaların azaldılması üçün əsas alət müvafiq qanunvericiliyin qəbul edilməsidir: “Bunun üçün iki alət nəzərdən keçirilir: karbon vergisinin və ya emissiya ticarət sisteminin tətbiqi”.

H. Hüseynov bildirib ki, emissiya ticarət sistemində konkret emissiya limitləri müəyyənləşdirilir və əgər çirkləndiricilər bu limiti aşmazlarsa, əlavə ödəniş etmirlər:. “Limit aşılarsa, ödənişlər edilir və bu vəsait emissiyaların azaldılmasına yönəldilir. Karbon vergisi tətbiq edildikdə isə çirklənmənin miqdarından asılı olmayaraq hər çirkləndirmə üçün vergi ödənilir və toplanan vəsait dekarbonizasiya prosesində istifadə olunur”.

O əlavə edib ki, hazırda bu iki alətin hansısa birinin seçilməsi ilə bağlı müzakirələr davam edir: “Seçim təhlillərə əsaslanan məlumatlardan asılıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər