10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan əhalisi bu il banklara 572 mln. manat faiz ödəyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəliləri ötən ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6% artaraq 31 770,8 mln. manata çatıb.

Dövlət Statistika Komitəsinə istinadən, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 269,1 manat və yaxud ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 572 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 046,0 mln. manatlıq vəsait qalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər