10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi aprelin 2-də İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü illik toplantısında iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib.

Nazirlikdən bildirilib ki, kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilib və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər