17 C
Baku
Monday, April 29, 2024

Azərbaycan bankları geri gedir

Bank sahəsində vəziyyət gərginləşməyə başlayıb. Ölkənin bank sektorundakı zərər getdikcə böyüməyə başlayıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8 bank isə zərərlə işləyir. Qeyd etmək lazımdır ki, ötən ay da vəziyyət eyni olub.  Ümumilikdə isə bu il və ötən il üzrə zərərlə işləyən bankların çoxluq təşkil etdiyi müddət bu ilin aprel ayında qeydə alınıb. Həmin dövr üzrə zərərə işləyən bankların sayı 11 ədəd idi və mənfəət üzrə məbləğ isə 33,67  mln manat təşkil edirdi.

Lakin onu da qeyd etmək lazımdır ki, ötən ay və bu ay mənfəətlə işləyən bankların sayının artmamasına baxmayaraq, mənfəət üzrə 58 mln manat artım qeydə alınaraq, bütün banklar üzrə mənfəətin miqdarı  292,82 mln manata çatıb.

Hazırda isə qeyd etdiyimiz kimi zərərlə 8 bank işləyir və həmin zərər üzrə məbləğ 38,45  mln manat təşkil edirdi. Buradan belə nəticəyə gəlmək olar ki, hazırda 8 bank üzrə qeydə alınan zərər 11 bankın zərərindən daha çoxdur. Bu da bankların zərərinin artmasını göstərir.

Lakin zərərlə işləyən banklar və həmin zərər üzrə göstəricilər ilin əvvəlində daha aşağı idi. Belə ki, ilin əvvəli mənfəətlə işləyən bankları sayı 5 ədəd, zərər üzrə göstərici isə 2,85 mln manat təşkil edirdi. Ilin əvvəlindən isə bütün banklar üzrə zərər 36 mln manat artıb. Bu rəqəm də zərərin dəfələrcə artmasını sübut etdirir.

Aşağıdakı cədvəldə bütün banklar üzrə mənfəət və zərər göstəricisinə nəzər yetirə bilərsiniz.

Milyon  manatla

Capture4

Bankların zərərlə işləməsinin sürətlə artmasında əsas səbəblərdən biri  isə arayışsız kreditlərin verilməsində qoyulan qadağadır. bu qərar həm kreditlərin verilməsində həm bank müştərilərinin sayının azalmasına həmçinin də bankların mənfəətinin azalmasına səbəb olub.

Zərərlə işləyən bankların sayının artımasında digər səbəb isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. Lakin bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər