10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan banklarında qadınlar top menecmentdə

Xanımlar müasir dövrdə bir çox sahələrdə artıq özlərini kifayət qədər təsdiq etmişdirlər. Bank sahəsi də həmin sahələrdən biridir, hətta Hindistanda First Woman Bank LTD adı altında fəaliyyət göstərən bankın idarə heyəti, alt strukturlarını xanımlar təmsil edir. Bu isə günümüzdə qadının sosial statusunun yüksəldiyini göstərən faktlardan cəmi biridir. 

Digər bir nümunə olaraq isə Women´s World Banking təşkilatını misal göstərmək olar. Təbii günümüzdə bu tip bankların, təşkilatların sayı kifayət qədərdir. Onlar təşkilatı strukturda xanımlarla təmsil olunmaqla qalmır, eyni zamanda xanımlar üçün xüsusi təkliflər, kampaniyalar irəli sürürlər. Misal olaraq, xanımlara təklif edilən, mikro kreditlər, biznes kreditlər, pul kreditləri və s. hətta məlumatlandırma, xanımların sosial ictimai həyatda iştirakına dair təhlillər və s. bu istiqamətdən olan müxtəlif işlər həyata keçirirlər.

Onda bəs Azərbaycanda olan mövcud vəziyyət necədir? Şərqdə qadına ilk səs hüququ verən bir ölkədə yaşamağımıza baxmayaraq, xanımlarımızın hələ də idarə etmə strukturlarında təmsil olunma sayı göstəricisi kifayət qədər aşağıdı. Belə ki, burda bəzi nüanslar kifayət qədər rol oynayır. Məsələn, mentalitet, xalqın özünə məxsus xüsusiyyətləri, ailəyə bağlılıq, ailəlilik vəziyyəti və s. Bu da öz növbəsində xanımların sosial-ictimai həyatda tuta biləcəkləri mövqeyə təsir edir. Beləliklə bu tip nüanslar nəticəsində bir çox müəssisələrdə olduğu kimi bank sektorunda da kifayət qədər xanımların təmsil olunma faizi aşağıdır. Banklarda müxtəlif şöbələrdə çalışan xanımların sayının bankda çalışan bəylərin sayına olan nisbəti buna bariz sübutdur.

Göstəricilər arasında olan fərq hətta bəzən o səviyyəyə gəlib çatır ki, ümumən bankda xanımların sayı ümumi say nisbətinin heç 10% belə olmur. İdarə heyətində, müşahidə şurası, audit komitəsi və digər şöbələrdə xanımların sayı bəzən hətta 0%-ə yaxınlaşır ki, bu zaman ümumən xanım işçilər barəsində söhbət gedə bilməz.

Müqayisə üçün aşağıdakı cədvələ nəzər salmaq kifayətdir (cədvəldə əsasən İdarə heyətinin üzvləri və bəzi bankların departament müdirləri nəzərə alınmışdır)

 

Bankların top menecmentində qadınların sayı

Bankın adı

Qadınların sayı

Qadınların kişilərə nisbəti

Yapıkredi Bank

3

3,60%

Bank of Azerbaijan

9

2,43%

Azərbaycan Beynəlxalq Bankı

3

1,50%

Muğan Bank

5

1,45%

Turanbank

2

1,42%

Amrah Bank

5

1,30%

AG Bank

4

1,28%

Kapital Bank

5

1,15%

DəmirBank

3

0,78%

Respublika bank

3

0,75%

Unibank

3

0,69%

Azər Türk Bank

3

0,60%

Zamin Bank

5

0,55%

Kredo Bank

5

0,50%

Rabitəbank

2

0,50%

Günay Bank

4

0,44%

Deka Bank

3

0,39%

Para bank

2

0,38%

Nikoil bank

2

0,34%

Silk Way Bank

3

0,33%

United Credit Bank

2

0,22%

NBC bank

1

0,18%

Access bank

2

0,16%

Naxçıvan bank

2

0,14%

Azərbaycan Sənaye Bankı

2

0,12%

AFB bank

1

0,10%

VTB bank

0

0%

Azərbaycan kredit bankı

0

0%

Xalq Bank

0

0%

Paşa Bank

0

0%

 

Son xəbərlər
Digər xəbərlər